“Təhsil” televiziyasının “Təməl” verilişinin budəfəki buraxılışı ABŞ-ın ən ali təhsil ocaqlarından biri olan Corc Vaşinqton Universitetində lentə alınıb.
Modern.az xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehovun təqdimatında “Təməl” verilişinin qonaqları universitetin doktorantları Sevinc Məmmədova və Çilənay Səfərlidir.