Modern.az

Bakıda 30 yaşlı kişi zirzəmidə qətlə yetirildi

Bakıda 30 yaşlı kişi zirzəmidə qətlə yetirildi

Aktual

25 Oktyabr 2019, 20:43

Bakıda zirzəmidə qətl hadisəsi baş verib.

Modern.az  "Trend"ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 185 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının avtomobil qarajı üçün nəzərdə tutulan zirzəmisinin pilləkənində 1989-cu il təvəllüdlü Allahyarov Daxil Kamil oğlu ürəyindən bıçaqlanıb.

Yaralı hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda qətlin kim tərəfindən və hansı şəraitdə öldürülməsi ilə bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı