Modern.az

Bakı-Şamaxı yolunda ağır QƏZA: 2 ölü, 3 yaralı - ADLAR

Bakı-Şamaxı yolunda ağır QƏZA: 2 ölü, 3 yaralı - ADLAR

Aktual

26 Oktyabr 2019, 10:37

Qobustanda baş verən qəzada ölənlərin və xəsarət alanların adları məlum olub. 

 

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində 99-UL-587 dövlət nömrə nişanlı “VAZ 2107” və 10-OA-184 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobillərinin  toqquşması nəticəsində Ağsu rayon Daşdəmirli kənd sakini, 1966-cı il təvəllüdlü Rüstəmov Əhmədağa Əhmədalı oğlu və Sumqayıt sakini, 1994-cü il təvəllüdlü Rufullayev Samir Cəfərxan oğlu aldığı ağır xəsarətdən hadisə yerində ölüb. 

 

Ağsu sakinləri, 1961-ci il təvəllüdlü Şıxəliyeva Fəridə Balda qızı, 1964-cü il təvəllüdlü Rüstəmova Gülzar Balda qızı, Sumqayıt sakini, 1992-ci il təvəllüdlü Verdiyev Seyidağa Elçin oğlu ağır xəsarətlər aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

 

Faktla bağlı araşdırma aparılır. 

 

***

 

09.14

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol qəzası baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, avtoqəza Qobustan rayonu ərazisində qeydə alınıb.

Belə ki, iki "VAZ 2106" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər dünyasını dəyişib, daha 3 nəfər isə xəsarət alıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı