Modern.az

Baş Prokurorluq vətəndaşı aldadan şəxslə bağlı məlumat yaydı

Baş Prokurorluq vətəndaşı aldadan şəxslə bağlı məlumat yaydı

Aktual

26 Oktyabr 2019, 18:00

"Bir sıra kütləvi informasiya vasitələrində dərc edilən "Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşına qarşı şok ittihamlar" adlı məqalədə guya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Samir Musayevin Bakı şəhər sakini Nail İsmayılovdan borc aldığı pul vəsaitini qaytarmamaqla ona hədə-qorxu gəlməsinə dair həqiqəti əks etdirməyən məlumatlar yayılıb".

 

Bu barədə Modern.az-a Respublika Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, prokurorluq orqanlarında, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Samir Musayev adlı şəxs qulluq keçmir:

"Eyni zamanda, məlumatda göstərilən halların araşdırılması məqsədilə Nail İsmayılov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət edilərək izahatı alınıb.

Hazırda adıçəkilən şəxsin Baş İdarənin adından istifadə etməklə N.İsmayılov və ya digər şəxslərə qarşı qanunsuz hərəkətlərə yol verməsi ehtimalları ilə əlaqədar araşdırma aparılır".

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı