Modern.az

Rəsmi qonaqlar geri dönür

Rəsmi qonaqlar geri dönür

Aktual

26 Oktyabr 2019, 23:01

Qoşulmama Hərəkatının  XVIII Zirvə Görüşündə iştirak üçün Bakıya gələn rəsmi şəxslər Azərbaycanı tərk edir.

Modern.az xəbər verir ki,  Malayziyanın Baş Naziri Mahathir Bin Mohamadın Azərbaycana səfəri bu gün başa çatıb.

Məlumatına görə, Baş Nazir Mahathir Bin Mohamadı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Təhsil naziri Ceyhun Bayramov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola saldılar.

Sudan Respublikası Suveren Keçid Şurasının Sədri Abdel Fattah Abdelrahman Al-Burhanın da Azərbaycana səfəri bu gün başa çatıb.

Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Abdelrahman Al-Burhanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola saldılar.






Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı