Modern.az

Bakıda 46 yaşlı kişi bıçaqlandı

Bakıda 46 yaşlı kişi bıçaqlandı

Aktual

26 Oktyabr 2019, 23:17

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Modern.az "Report"a istinadən  xəbər verir ki, hadisə Nizami rayonundakı kafelərdən birinin qarşısında qeydə alınıb.

1973-cü il təvəllüdlü Əzizov Vasif əvvəlcə tanımadığı şəxslə kafedə mübahisə edib. Mübahisə sonra kafenin qarşısında davam edib. Nəticədə V.Əzizov bıcaqlanıb.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı V.Əzizovun bədənində çoxsayli kəsilmiş-deşilmiş yaralar aşkarlanıb və o cərrahi əməliyyat edilib.

Polis hadisənin təfərrüatını araşdırır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı