Modern.az

Ərdoğandan əl-Bağdadinin öldürülməsinə reaksiya

Ərdoğandan əl-Bağdadinin öldürülməsinə reaksiya

Aktual

28 Oktyabr 2019, 00:43

Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin öldürülməsinə reaksiya bildirib.

Modern.az  xəbər verir ki, Ərdoğan şəxsi “Twitter” hesabı vasitəsilə açıqlama verərək, bunu bir dönüş nöqtəsi olaraq dəyərləndirib.

O, bunları yazıb: “Terrorçu liderin öldürülməsi terrorizmlə ortaq mübarizəmizdə dönüş nöqtəsidir. İŞİD, PKK/YPG tərəfindən ən çox zərər görən Türkiyə bu hadisəni məmnuniyyətlə qarşılayır. İttifaq ruhu içərisində terrorizmə qarşı dönməz mübarizənin bütün insanlara sülh gətirəcəyinə əminəm”.

Qeyd edək ki, bu gün ABŞ hərbçilərinin Əbubəkr əl-Bağdadinin ödürməsi haqqında məlumat yayılıb. ABŞ Prezidenti Donald Tramp məlumatı təsdiqləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı