Modern.az

Azərbaycanın film istehsalçısı 88-ci mükafatını qazanıb

Azərbaycanın film istehsalçısı 88-ci mükafatını qazanıb

Aktual

28 Oktyabr 2019, 08:43

Azərbaycanın “SSP Production” şirkətinin ekranlaşdırdığı “Stalinin qaranlıq keçmişi” sənədli filmi Kanadanın “Directors Cut Int'l Film Festival”  müsabiqəsində yarımfinalçı sertifikatına layiq görülüb

Bununla da “SSP Production” şirkəti 88-ci mükafatını qazanıb.

Filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov Modern.az-a bu haqda belə deyib:

 “Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkdik və istəyimizə də nail oluruq. Artıq heç bir dəstək olmadan son bir ildə 88 mükafat aldıq. Bu təkcə bizim uğurumuz deyil, Azərbaycanın uğurudur, Azərbaycan mədəniyyətinin uğurudur”.

Azərbaycanda çəkilən “Stalinin qaranlıq  keçmişi” sənədli filmində“Koba” ləqəbli Stalinin Bakıda yaşadığı həyatı göstərilib.

O dövrdə Stalin deyirmiş ki, onun həyat məktəbi Bakı olub. O, Azərbaycan dilində dədanışa bilirmiş. Stalin Bakı qoçularını ətrafında birləşərək, neftxudalardan böyük miqdarda pullar toplayırdı.

Sənədli filmin redaktoru Əkbər Qoşalıdır, mətni Xalq artisti Eldost Bayram oxuyub.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı