Modern.az

Dünya çempionu Güloğlan Cabbarov Eduard Məmmədovun müdafiəsinə qalxdı

Dünya çempionu Güloğlan Cabbarov Eduard Məmmədovun müdafiəsinə qalxdı

Aktual

28 Oktyabr 2019, 13:26

“Kikboksçularımız vətənimizi dünyada ləyaqət və şərəfli təmsil edirlər”. Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, dünya çempionu Güloğlan Cabbarov bildirib.

“Sosial şəbəkələrdə dəfələrlə dünya və Avropa çempionu Eduard Məmmədov haqqında bəzi müxalif fikirli insanların ağızlarına gələnləri yazması məni sarsırdır. Onun polis olması və bunun təhqir kimi qələmə verilməsi yaxşı hal deyil. Bəli, Eduard Məmmədov Azərbaycan polisidir. Eduard Məmmədov böyük vətənpərvərdir. Dünyada tanınmış məşhur idmançımızdır. Ölkəsini xaricdə yüksək səviyyədə təmsil edir. Nəyə lazımdır ki, bu düşmənçilik? Eduard Məmmədov Azərbaycanın fəxridir. 20 ildən çoxdur ki, milli komandamızın şərəfini qoruyur. Həm özü, həm də tələbələri dünya və Avropa çempionudur. Bəziləri kimi evdə kompüter arxasında oturub “sıçan” kimi gizlənmir. Bəziləri millətimizin bayrağını qaldıran oğullara ləkə yaxarkən, biz dünyada Azərbaycanımızı layiqincə təbliğ edirik və himnizi ifa olunur. Minlərlə insanın gözü qarşısında üçrəngli bayrağımız zirvələrə qalxır. Ziyalılarımızdan,vətənpərvər insanlardan xahiş edirəm ki, idmançılarımızı xalqımızla üz-üzə qoymağa imkan verməsinlər. Bizə düşmənçilik lazım deyil. Bu günün idmançıları sabahın səngərdə düşmənlə üz-üzə dayanan əsgərləridirlər. Yüzlərlə kikboksçu ordu sıralarından xidmət edirlər. Bunları qabartmalıyıq ki,gənclərimiz vətənpərvərlik hisləri güclü olsun”.

Qeyd edək ki,bu günlərdə Bosniyanın Sarayeva şəhərində keçirilən, 2019-cu ilin Kikboksinq üzrə dünya çempionatından ( WAKO ) Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvləri Ramal Aslanov, Eduard Məmmədov qızıl, Məhəmməd İmanov, Telman Məhərrəmov gümüş, Nurlan Məmmədov, Emil Hümbətov, Anar Məmmədov, Asəf Aslanov, Foad Haşimi bürünc medal qazanıblar. Dünya Kikboksinq Federasiyasında böyük nəticə hesab olunur.

Elnur Eltürk

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı