Modern.az

Prezident Administrasiyasının sözçüsü: “İŞİD-lə əlaqəsi olan 1200 nəfər mühakimə olunub”

Prezident Administrasiyasının sözçüsü: “İŞİD-lə əlaqəsi olan 1200 nəfər mühakimə olunub”

Aktual

28 Oktyabr 2019, 16:01

Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Türkiyənin İŞİD-lə mübarizəsinə dair fikirlərini bildirib. Modern.az xəbər verir ki, Fəxrəddin Altunun sözlərinə görə, İŞİD liderinin öldürülməsi dünyada terrorla mübarizə əməliyyatlarında böyük bir müvəffəqiyyət və bölgədə terror qruplaşmasının davamlı məğlubiyyətinə doğru bir addımdır.

 

“Mübarizə fasiləsiz davam etməlidir.

 

Türkiyə hər zaman olduğu kimi, terrorun hər növünə qarşı mübarizə mövzusunda müttəfiqlərinin yanında olur.

 

Türkiyə yarandığı gündən bəri İŞİD tərəfindən həyata keçirilən böyük hücumların və təxribatların qurbanı olub və polisi, hərbi və kəşfiyyat xidməti orqanları ilə bu terror qruplaşmasına qarşı geniş mübarizə aparıb.

 

Bu hücumlardan bəziləri, o cümlədən “Reina” gecə klubuna və Mosul konsulluğumuza edilən hücum Bağdadinin birbaşa əmri ilə həyata keçirilib.

 

İŞİD tərəfindən edilən hücumlar nəticəsində 304 Türkiyə vətəndaşı həyatını itirib və 1338 nəfər yaralanıb”.

 


Fəxrəddin Altunun sözlərinə görə, Türkiyə son dörd ildə 2000-dən çox əməliyyat keçirib.

 

“İŞİD ilə əlaqəsi olan 1200 nəfər tutularaq mühakimə olunub.

 

Onların yarıdan çoxu 40 fərqli ölkədəndir.

 

Türkiyə, YPG qüvvələri ilə İŞİD üzvləri arasında əldə olunan razılaşmalardan və YPG-nin İŞİD  üzvlərini həbsxanalardan sərbəst buraxma təhdidləri ilə əlaqədar narahatlıqlarını dilə gətirib hansı ki keçən həftə bunu ediblər.

 

Beynəlxalq koalisiya bunun qarşısını almaq üçün addımlar atmalıdır.

 

Prezident Ərdoğan Türkiyənin obyektlərin təhlükəsizliyini təmin etməyə hazır olduğunu bildirib.

 

Suriyadakı minlərlə xarici terrorist döyüşçünün Avropadan gəldiyini nəzərə alsaq, Avropa xalqları bu məsələ ilə əlaqədar ciddi məsuliyyət daşıyırlar.

 

Həll olunmamış Suriya məsələsinin beynəlxalq təhlükəsizlik baxımından yaratdığı təhlükələri və Türkiyənin sərhədlərini terror qruplaşmalarından təmizləməkdə necə qərarlı olduğunu bildirdik.

 

Ötən gecə edilən hücum Türkiyənin legitim narahatlıqlarını və sərhəddimizdə Türk əməliyyatlarının zəruriliyini bir daha nümayiş etdirdi.

 

İnanırıq ki, terror qruplaşmalarına qarşı əməkdaşlıq yüksək vəzifəli şəxslərin öldürülməsi ilə bitməməli, terror hücrələri məhv edilərək qrupun bütün üzvləri məsuliyyətə cəlb olunana qədər davam etməlidir.

 

Suriyada və bölgədəki ümumi sabitlik və təhlükəsizlik üçün hər hansı bir terror qruplaşmasına verilən dəstəyin yaratdığı təhlükəni bir daha vurğulamaq istəyirik.

 

Beynəlxalq ictimaiyyət terror təhlükəsi ilə mübarizə üçün birləşməlidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı