Modern.az

AGAH 1 illik hesabat verdi – FOTOLAR

AGAH 1 illik hesabat verdi – FOTOLAR

Aktual

28 Oktyabr 2019, 17:06

26 oktyabr 2019cu il , saat 11:00- da  TÜRKSOY- un mərkəzi qərargahında Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi İctimai Birliyinin bir illik yubileyinə həsr olunmuş hesabat konfransı keçirilib.

 

AGAH-ın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, tədbirə Türkiyə Strateji Analizlər Mərkəzinin rəhbəri, tanınmış siyasətşi Sinan Oğan, Yurtdışı Türklər və Akraba Topluluklar Başkanlığının sədrinin müavini Sait Yusuf, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Fuad Kərimov, T.B.M.M Iğdır Millət vəkili , Türkiyə və Azərbaycan Parlamentlərarası Dostluq qrupunun üzvü Yaşar Karadağ, Azərbaycan Respublikasının  Türkiyədəki Səfirliyinin birinci katibi Elçin Allahverdiyev protokol qonağı qismində təşrif buyurublar.

 

Azərbaycan və Türkiyə dövlət rəsmilərinin iştirak etdiyi tədbirdə ilk olaraq  Azərbaycan Respublikasının və  Türkiyə Cümhuriyyətinin dövlət himnləri səsləndirilib. Ardınca isə AGAH-ın bir illik fəaliyyətini əks etdirən çarx göstərilib. Daha sonra tədbiri açıq elan etmək üçün söz AGAH-ın sədri  Təbriz Raufoğluna verilib. O, açılış çıxışı edərək qonaqları salamlayıb və qısa olaraq AGAH-ın bir illik fəaliyyətindən söz açıb. Təriz Raufoğlu qeyd edib ki, AGAH bir il ərzində daxili resursları və əməkdaşlıq etdiyi təşkilatların dəstəyi ilə onlarla layihə və təşəbbüslərə imza ataraq ətrafındakı gənclərin sayını dəfələrlə çoxaltmağı bacarıb, ikki qardaı ökənin gənclər təşkilatları, fəal gəncləri arasındakı münasibətlərin inkişafına təkan verib, yeni nəsil diaspora hərəkatının təməlini formalaıdırıb. AGAH sədrinin nitqindən sonra tədbir protokol çıxışları ilə davam edib. İlk olaraq T.B.M.M Iğdır Millətvəkili, Türkiyə və Azərbaycan Parlamentlərarası Dostluq qrupu üzvü Yaşar Karadağa söz verilib. Ardından isə Azərbaycan Respublikası Diasporalarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Fuad Kərimova, YTB( Yurtdışı Türklər və Akraba Topluluklar Başkanlığı) sədrinin müavini Sait Yusuf və Azərbaycan Respublikasının  Türkiyədəki Səfirliyinin birinci katibi Elçin Allahverdiyevə söz verilib. Protokol çıxışlarından sonra Türkiyədə təhsil alan iki azərbaycanlı tələbənin ifasında “Sarı Gəlin” mahnısı ifa edilib.

 

Açılış və Protokol çıxışları bitdikdən sonra “Türkiyədə yaşayan azərbaycanlı gənclərə yönəlik Dövlət Siyasəti və onların diaspora fəaliyyətində iştirakı : mövcud vəziyyət və məsləhətlər”  mövzusunda ilk panel baş tutub. Paneldə “Türkiyə Respublikasının Gənclər Siyasətində azərbaycanlı Gənclərin yeri” mövzusunda moderator Dr. Servet Avşarın müşaiəti ilə Sait Yusuf, Yaşar Karadağ və Abdullah Çalışkan öz çıxışlarını edərək və auditoriya ilə sual-cavab əsnasında fikir mübadiləsi ediblər.

 

Panelin ikinci hissəsində “Gənclərə yönəlik STK-ların iki dövlət arasındakı münasibətlərin inkişafında rolu və  azərbaycanlı gənclərin diaspor fəaliyyətinə qatılması” mövzusunda moderator Təbriz Raufoğlunun müşaiəti ilə  TBMM. 24 Dönəm Iğdır Millət vəkili   Sinan Oğan, Elçin Allahverdiyev, Ankara Sağlıq və Sosyal İnkişaf İnstitunun müdiri Xatirə Həsənova və Fuad Kərimov arasında müzakirələr aparılıb. Sonda auditoriyanın sualları cavablandırılıb.

 

Proqramın rəsmi hissələri bitdikdən sonra Bədii - ədəbi proqrama yer verilib və tələbələrin ifasında şeir, musiqi kompazisiyası , tar və dombıranın müşaiəti ilə “Ana Yurd” marşı və Xəzər Xalq Rəqsləri Dərnəyinin ifasında solo performans göstərilib.

 

Hesabat konfransının rəsmi və bəddi hissəsi bitdikdən sonra isə rəsmi qonaqlar və iştirakçılar Azərbaycan mətbəxindən ləziz təamları dadmağa dəvət olunublar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı