Modern.az

İlham Əliyev Çex Respublikasının Prezidentini təbrik edib

İlham Əliyev Çex Respublikasının Prezidentini təbrik edib

Aktual

28 Oktyabr 2019, 17:30

Azərbaycan Prezidenti İlham Əliyev Çex Respublikasının Prezidenti Miloş Zemanı milli bayram münasibətilə təbrik edib.

 

Modern.az-ın məlumatına görə, Prezidentin təbrik məktubunda deyilir:

 

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Çexiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim sülh və firavanlıq diləyirəm”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı