Modern.az

Naqif Həmzəyev Körpələr Evindəki problemlərlə tanış olub

Naqif Həmzəyev Körpələr Evindəki problemlərlə tanış olub

Aktual

28 Oktyabr 2019, 17:55

Milli Məclisin deputatı Naqif Həmzəyev sosial şəbəkələrdə qaldırılmış məsələ ilə bağlı Gəncə şəhər Körpələr Evində olub. 

 

Modern.az xəbər verir ki, əsasən 3 yaşa qədər uşaqların dövlət tərəfindən himayə olunduğu Körpələr Evindəki problemlərlə yaxından tanış olan millət vəkili bildirib ki, sosial şəbəkədə qabardıldığı kimi vəziyyət o qədər də açınacaqlı deyil. 

 

Millət vəkili bildirib ki, çox təəssüflər olsun ki, burda daha bir problemlə qarşılaşdıq. Körpələr Evində 2 əlil uşaq var. Onlar Bakı Saray qəsəbəsində yerləşən Əlillər Evinə göndərilməlidir. Əlillik dərəcəsi alınmadığı üçün 2 uşaq aidiyyatı uşaq evinə köçürülə bilmir. Bu məsələ ilə bağlı lazımi köməklik ediləcək. Daha bir problem təmirlə bağlıdır. Səhiyyə Nazirliyinə və Gəncə şəhər Səhiyyə İdarəsinə müraciət olunub. İnanıram ki, qısa zaman ərzində məsələ öz həllini tapacaq.

 

Qeyd edək ki, Səhiyyə Nazirliyinə tabe olan müəssisəyə 3 yaşadək valideyn himayəsindən məhrum olan uşaqlar cəlb ediliblər. Hazırda müəssisədə 18 uşaq var, onlardan 3 nəfəri 1 yaşa qədər, 15 nəfəri isə 3 yaşa qədərdir. Gəncə şəhər Körpələr Evinin yerləşdiyi binanın təmirə ehtiyacı var.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı