Modern.az

Goranboyda qayınata kürəkəni döydü

Goranboyda qayınata kürəkəni döydü

Aktual

29 Oktyabr 2019, 11:06

Goranboyun Xanqərvənd kəndində döyülmə faktı qeydə alınıb.

 

Modern.az xəbər verir ki, qayınata və kürəkən arasında mübahisə zəminində əlbəyaxa dava düşüb.

 

Nəticədə biri yüngül olmaqla hər iki şəxs xəsarət alıb. Ailənin 1986-cı i il təvəllüdlü kürəkəni Quliyev İsmayıl Heydər oğlunun xəsarəti daha ağır olub.

 

O, qapalı kəllə-beyin travması alıb, eyni zamanda sağ gicgah nayihəsindən ciddi xəsarət aldığı müəyyən edilib. Yaralı xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, digər münaqişə iştirakçısı olan qayınata da tibbi müayinədən keçirilib, lakin onda sıyrıqlar istisna olmaqla, hər hansı ciddi xəsarət aşkarlanmayıb (apa).

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı