Modern.az

Gəncə YAP-çıları imzatoplama kampaniyasına başladılar

Gəncə YAP-çıları imzatoplama kampaniyasına başladılar

Aktual

5 Noyabr 2019, 10:34

Bu ilin dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərinə “Xalqa xidmət” devizi ilə gedən Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatında seçkilərə hazırlqla bağlı geniş hazırlıq işləri həyata keçirilir.

 

Təşkilatdan Modern.az-a verilən məlumata görə. YAP Gəncə şəhər təşkilatında imzatoplama kampaniyası, eləcə də digər məsələlərlə bağlı seçki qərargahının üzvlərindən ibarət iş bölgüsü aparılıb.

 

Yeni Azərbaycan Partiyası tərəfindən Gəncə bələdiyyələrinə irəli sürülmüş namizədlər sakinlərlə görüşür, imza toplayırlar.

 

Qeyd edək ki, Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsinə başlanılıb. Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, sənədlər səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış, yəni 2019-cu il noyabrın 3-dən noyabrın 22-i saat 18:00-dək təqdim edilməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı