Modern.az

Səhiyyə komitəsində vətəndaşların qəbulu keçirildi

Səhiyyə komitəsində vətəndaşların qəbulu keçirildi

Aktual

5 Noyabr 2019, 14:24

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik  Əhliman  Əmiraslanov  parlamentdə vətəndaşları növbəti dəfə qəbul edib.

Modern.az xəbər verir ki, qəbula müraciət edən vətəndaşlar  xroniki xəstəliklərin müalicəsi, müxtəlif ağır cərrahi əməliyyatlar və s. üçün komitə sədrindən köməklik istəyiblər. Qəbulda səhhətindəki müxtəlif problemlərin həlli ilə bağlı Səhiyyə komitəsinə müraciət edən  vətəndaşlarla yanaşı, Əhliman Əmiraslanovun deputat seçildiyi 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan seçicilər də iştirak edib. Seçicilər  əsasən sosial problemlər,  işlə təmin olunma ilə bağlı müraciətlərini deputata çatdırıblar. Əhliman Əmiraslanov bütün müraciətləri ayrı-ayrılıqda dinləyərək qeyd edilən problemlərin həlli istiqamətində müvafiq addımlar atılacağını bildirib

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı