Modern.az

Deputatlarımız İsveçə getdilər

Deputatlarımız İsveçə getdilər

Aktual

5 Noyabr 2019, 14:34

Milli Məclisin deputatları Sahibə Qafarova və Asim Mollazadə İsveçin Stokholm şəhərinə səfər  ediblər.

Milli Məclisin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, səfərdə məqsəd Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının 10 illik yubileyinə həsr olunan tədbirdə iştirak etməkdir.

Deputatlar səfər çərçivəsində "Parlamentlərin rolu və deputatlar, dialoq və plüralizm", "Şərq Tərəfdaşlığının 10-cu ildönümü" adlı panel iclaslarda iştirak edəcək, müzakirəyə çıxarılacaq məsələlərə öz münasibətlərini bildirəcəklər.

Səfər noyabrın 7-də başa çatacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı