Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “SƏLİS Jurnalist” nominasiyası üzrə yazı müsabiqəsi elan edib.
Şuradan Modern.az-a bildirilib ki, “SƏLİS Jurnalist” müsabiqəsində Azərbaycan Respublikasında, həmçinin ölkədən kənarda fəaliyyət göstərən jurnalistlər və araşdırmaçılar iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan məqalələr aşağıdakı mövzuları əhatə etməlidir:
1) Ölkədə aparılan iqtisadi, sosial və kadr islahatları.
2) İctimai nəzarətin effektiv təşkili və milli maraqların qorunması.
3) QHT-lərlə dövlət qurumları arasında əməkdaşlığa dair yeni imkanlar və perspektivlər.
Müsabiqədə hər mövzu üzrə ilk 3 yeri tutan qalib aşağıdakı məbləğdə mükafatlandırılacaq:
1-ci yer – 1200 (min iki yüz) manat
2-ci yer- 800 (səkkiz yüz) manat
3-cü yer – 500 (beş yüz) manat
Müsabiqənin şərtləri:
Müsabiqədə iştirak edən şəxslərin məqalələri çap və ya onlayn mediada 5 noyabr - 5 dekabr 2019-cu il tarixlərində yayımlanmalıdır.
5-15 dekabr 2019-cu il tarixlərində Ekspertlər Qrupu müsabiqə qaliblərini müəyyən edəcək.
15 dekabr 2019-cu ildən sonra müsabiqənin nəticələri elan olunacaq.
Əlavə məlumatlar:
Müsabiqəyə təqdim olunan məqalənin dərc olunduğu qəzetdən 2 nüsxə Şuranın Bakı şəhəri, Fikrət Əmirov küçəsi,1 ünvanında yerləşən ofisinə təqdim olunmalı, yazının elektron variantı və yayımlandığı saytın linki isə mütləq [email protected]. e-poçtuna göndərilməlidir.
Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Şura Katibliyinin əməkdaşları Elməddin Behbud və Elnur Bağırlıya müraciət edilə bilər.
Tel/faks: (012) 493 17 32/80 (daxili 110/501).
Qeyd: Müsabiqəyə aid təşkilati və texniki məsələləri həll etmək üçün QHT-lər 12 - 20 noyabr 2019 tarixlərində layihə təkliflərini e-qht.az saytında fəaliyyət göstərən e-ərizə proqramı vasitəsi ilə Şuranın qrant müsabiqəsinin tələblərinə uyğun olaraq təqdim etməyə dəvət olunurlar.