Modern.az

Doktorantlar və gənc tədqiqatçılar Nəsimi üçün elmi konfransa toplaşacaq

Doktorantlar və gənc tədqiqatçılar Nəsimi üçün elmi konfransa toplaşacaq

Aktual

5 Noyabr 2019, 16:19

Doktorant və gənc tədqiqatçıların XXIII respublika elmi konfransı keçiriləcək

 

Modern.az xəbər verir ki, Elmi konfransda gənc tədqiqatçıların təbiət, texnika, sosial-humanitar elmlər, iqtisadiyyat istiqamətləri üzrə məruzələri dinləniləcək. 

Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransın məqsədi doktorant və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlıqlarını stimullaşdırmaqdır.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilməsi nəzərdə tutulan doktorant və gənc tədqiqatçıların XXIII respublika elmi konfransı Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunacaq.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı