Modern.az

Mingəçevirdə avtobus qəzası: 3 yaralı

Mingəçevirdə avtobus qəzası: 3 yaralı

Aktual

5 Noyabr 2019, 23:01

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Təbriz küçəsində baş verib.

“Opel” markalı minik maşını sərnişinsiz dayanıqlı vəziyyətdə olan 8 saylı şəhərarası marşrut xətti üzrə işləyən sərnişin avtobusuna  çırpılıb.

İlkin məlumata görə, hadisə nəticəsində biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb.

Yaralılar ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı bir nəfərin - 1964-cü il təvəllüdlü, minik maşınının sürücüsü Məmmədov Vəli Əziz oğlunun xəsarətinin ciddi olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı