UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun ilk oyunları keçirilib.
Modern.az xəbər verir ki, F qrupunda yer alan "Barselona" İspaniyada Çexiyanın "Slaviya" (Praqa) komandası ilə qarşılaşıb. Görüşdə ispanlar Çexiya klubunun müqavimətini qıra bilməyib. Qolsuz bərabərliklə başa çatan oyundan sonra "Barselona" 8 xalla liderliyini qoruyur.
G qrupunda isə "Zenit" Rusiyada da Almaniya "Leyptsiq"inə uduzub - 0:2. Bununla da xallarını 9-a çatdıran "Leyptsiq" liderliyini qoruyub. 4 xalı olan "Zenit" isə 2-ci pilləni əldən vermə təhlükəsi ilə üzləşib.