Modern.az

Azərbaycan Braziliya əlaqələri müzakirə olundu

Azərbaycan Braziliya əlaqələri müzakirə olundu

Aktual

6 Noyabr 2019, 00:30

Azərbaycanın Braziliya Federativ Respublikasındakı səfiri Elxan Poluxov Rio-de-Janeyro şəhərinin meri Marcelo Crivella ilə görüşüb.

Səfirlikdən Moden.az-a verilən məlumata görə, görüş zamanı ikitərəfli münasibətlər, qarşılıqlı səfərlər, turizm və Formula 1 Azərbaycan Qran-Prisinin təşkili və keçirilməsi sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, Rio-de-Janeyro şəhəri ilə Bakı şəhəri 2015-ci ildən etibarən qardaşlaşmış şəhər elan edilib. Bu şəhərdə 2016-cı ildən etibarən Azərbaycan adını daşıyan bələdiyyə məktəbi fəaliyyət göstərməkdədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı