Modern.az

Oqtay Güləliyev Türkiyəyə APARILDI

Oqtay Güləliyev Türkiyəyə APARILDI

Aktual

6 Noyabr 2019, 10:17

Komada olan hüquq müdafiəçisi Oqtay Güləliyev müalicə olunması üçün Türkiyəyə aparılıb.

Modern.az-ın xəbərinə görə, bu barədə O.Güləliyevin oğlu Təbriz Güləliyev bildirib.

“Artıq atam Oqtay Güləliyev xüsusi təyyarı ilə Türkiyəyə yola salındı. İstanbulda yerləşən Avrasya Hastanesinə köçürülür”..

Qeyd edək ki, Oqtay Güləliyevin Türkiyədə müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Xatırladaq ki, Oqtay Güləliyevi 2019-cu il oktyabrın 29-du axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, düz piyada xəttinin üstündə baş verib.

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Güləliyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Güləliyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Güləliyev “City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub.

Noyabrın 1-də Oqtay Güləliyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. O, hazırda 2-ci dərəcəli koma vəziyyətindədir, ətrafında baş verənlərdən xəbərsizdir. 

Oqtay Güləliyevdə beyin əzilməsi baş verib, beyin qişalarında əzilmə olub, sərt qişanın altında üç yerdə hematoma (qan yığıntısı) əmələ gəlib. Əməliyyat zamanı hematoma çıxarılıb, amma beyin ödəmi qalır. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı