Modern.az

“Universitet rektoru “Primakov müsabiqəsi”nə görə şəxsən açıqlama verməlidir”

“Universitet rektoru “Primakov müsabiqəsi”nə görə şəxsən açıqlama verməlidir”

Aktual

6 Noyabr 2019, 12:33

İnsan Hüquqları üzrə Beynəlxalq Müdafiə Komitəsinin Azərbaycan filialının direktor müavini Elçin Axundzadə Bakı Slavyan Universititetində Yevgeni Primakovun şərəfinə esse müsabiqəsi keçirilməsini pisləyib.

Bu barədə Modern.az saytına danışan Elçin Axundzadə bildirib ki, əli 20 Yanvar şəhidlərinin qanına bulanmış Yevgeni Primakovun adına müsabiqə keçirilməsi öncə şəhidlərinin ruhuna hörmətsizlikdir.
Elçin Axundzadə deyib ki, bu müsabiqənin keçirilməsi həm də Azərbaycanın ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyətinə qarşı laqeyd münasibətinin  göstəricisidir.

“Çünkü  20 Yanvar faciəsinə ilk siyasi qiymət məhz ulu öndər Heydər Əliyev tərəfindən verilib.  Heydər Əliyev  o zaman öz həyatını təhlükəyə ataraq, cənab prezident İlham Əliyevlə birlikdə Moskvadakı Azərbaycan nümayəndəliyinə gəldi və  20 Yanvar qətliamına kəskin etirazını bildirdi. İndi Bakı Slavyan Universitetində 20 Yanvar qırğınının qatillərindən olan Primakovun şərəfinə müsabiqə təşkil olunması hörmətsizlik deyilmi?”.

Elçin Axundzadə bildirib ki, Universitetin rektoru bununla bağlı şəxsən rəsmi açıqlama verməyə borcludur.

Leyla ŞAH

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı