Modern.az

Ermənistan parlamentində yanğın oldu

Ermənistan parlamentində yanğın oldu

Aktual

9 Noyabr 2019, 23:12

Ermənistan parlamentinin binalar kompleksinin ərazisində yanğın baş verib.

Modern.az  xəbər verir ki, yanğın baş verən əraziyə çox sayda yanğınsöndürən briqadası cəlb edilib.

Yerli vaxtla saat 17:18-də başlayan yanğın saat 18:20-də söndürülüb.

Bildirilir ki, hadisə yerinə həmçinin ölkənin fövqəladə hallar naziri Feliks Tsolakyan da gəlib.

Yanğın nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyaya ağır zərbələr - Şəhərlərdə cəhənnəm alovu!