Modern.az

Gəncədə narkobaron saxlanılıb

Gəncədə narkobaron saxlanılıb

Aktual

13 Noyabr 2019, 15:35

DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupundan Modern.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış  tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəmkir rayon Dəllər qəsəbə sakini, 31 yaşlı Sənan Əliyev saxlanılaraq  “Lada Priora” markalı avtomobili ilə birlikdə Gəncə ŞBPİ-nə gətilib.       


Şübhəli şəxsə və avtomobilə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman, avtomobilin salonundan göy rəngli sellofan torbanın içərisindən 33 ədəd kibrit qutuda qablaşdırılmış formada , ümumi çəkisi 295.5 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.


Əməliyyat tədbirlərinin davamı olaraq S. Əliyevin Gəncə şəhərində kirayə  yaşadığı mənzilə baxış keçirilib və oradan 8 ədəd ayrı-ayrı sellofan bükümlərdə, ümumi çəkisi 1 kiloqram 21 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı o, narkotik maddəni satış məqsədi ilə əldə etdiyini bildirib.


Faktla bağlı araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Zəngəzurla bağlı təcili xəbər! Dəhliz açılır - Proses başladı