Modern.az

Zəhərlənən tələbələr evə buraxıldı

Zəhərlənən tələbələr evə buraxıldı

Aktual

27 Noyabr 2019, 15:10

Bakı Dövlət Universitetinin (BDU) zəhərlənən tələbələri xəstəxanadan evə buraxılıb.

 

Modern.az xəbər verir ki, Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, universitetin 2№ li yataqxanasından zəhərlənmə diaqnozu ilə Təcili Tibbi Yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılan 2 tələbə qızın xəstəxanada müalicəsi başa çatıb. Onlar bu gün saat 14:50-də evə buraxılıblar.

 

Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universietinin (BDU) 2 saylı yataqxanasında 3 tələbə qız zəhərlənib. Baş Prokurorluğun məlumatına görə, onlardan biri - fizika fakultəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı qidadan zəhərlənərək vəfat edib.



1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı (Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi) və 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı (Kitabxanaçılıq və informasiya fakültəsinin tələbəsi) zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Dərhal polis, prokurorluq, Qida Təhlükəsizlik Agentliyinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, qida nümunələri götürülərək laborator müayinəsinə göndərilib. Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

 

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı