"Azərbaycanda İİV-in yayılma göstəricisinin yüksək olduğu ərazilər əsasən cənub rayonlarıdır".
Modern.az xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin monitorinq və qiymətləndirmə departamentinin rəhbəri Natiq Zülfüqarov deyib.
Onun sözlərinə görə, bu, ölkəyə daha çox cənubdan narkotiklərin keçirilməsi ilə bağlıdır:
"Göstəricilər Şirvanda 52.9%, Hacıqabulda 31.2%, Astarada 26,4%, Lənkəranda 20.9%, Sumqayıtda 16.4%, Yevlaxda 14.2%, Mingəçevirdə 13.4%, Xızıda 11.3%, Göyçayda 10.8%, Bakıda isə 7.5%-dir”.
Qurum rəsmisiq eyd edib ki, İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarının 23.6 faizi Bakı şəhəri və Abşeron rayonunda, 75.7 faizi regionlarda yaşayır:
“0.7 faiz şəxsin isə ərazi mənsubiyyəti naməlumdur. Cənub zonasında əhali az olduğuna görə, yeni yoluxma faizi yüksək görünür. Əsas yoluxanlar Bakı şəhərində yaşayır. Əhali sayı paytaxtda 2 milyondan yuxarı olduğu üçün hər 1000 nəfərə düşən say azdır".