Modern.az

Çində zəlzələ

Çində zəlzələ

Aktual

3 Fevral 2020, 08:07

Çinin cənub-qərbindəki Sıçuan əyalətində 5,1 bal gücündə zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Zəlzələ yerli vaxtla saat 00:05-də (Bakı vaxtı ilə 20:05-də) qeydə alınıb. Zəlzələnin episentri əyalətin paytaxtı Çendu şəhərinin Sinbaytszyan bölgəsində, ocağı isə 21 km dərinlikdə yerləşib.

 

Əhalisinin sayı 16,33 milyon nəfər olan Çendu şəhərində dağıntılar və tələfat barədə məlumat verilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi