Modern.az

Bakıda soyğunçuluq edən şəxs saxlanıldı

Bakıda soyğunçuluq edən şəxs saxlanıldı

Aktual

3 Fevral 2020, 09:21

Bakıda 18 yaşlı gəncə qarşı soyğunçuluq hadisəsi baş verib. 

 

Modern.az Bakı Şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, hadisə yanvarın 30-da Nərimanov rayonunda qeydə alınıb. Naməlum şəxs saat 16:50 radələrində F.Yusifov küçəsində Bakı şəhər sakini, 2002-ci təvəllüdlü N.Əlinin mobil telefonunu soyğunçuluq yolu ilə talayıb.

 

 Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Xırdalan şəhər sakini, 1997-ci il təvəllüdlü Elçin İbrahimov tərəfindən törədilməsi müəyyən edilib. E.İbrahimov tutulub.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...