Modern.az

“Əgər Ziyad müəllim də belə etsəydi…” - Vahid Əziz “əl öpən” namizədləri sərt tənqid etdi

“Əgər Ziyad müəllim də belə etsəydi…” - Vahid Əziz “əl öpən” namizədləri sərt tənqid etdi

Актуально

3 Fevral 2020, 10:11

Vahid ƏZİZ: “Kimlərsə seçicilərin əlini öpür, nə bilim qucaqlayır, nə bilim yaltaqlanır…Bu, kənardan çox pis görünür. Əgər Ziyad müəllim də belə etsəydi, mən bu gün onun tədbirinə gəlməzdim. Ancaq Ziyad müəllim mərd KİŞİ-dir, ləyaqətli adamdır…”

 

Xalq şairi Vahid Əziz 5-ci çağırış Milli Məclisin (MM) buraxılması təşəbbüsü və qərarını çox müsbət qiymətləndirib.

 

Modern.az-ın xəbərinə görə, Xalq şairi 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən 4-cü dəfə deputatlığa namizəd, akademik Ziyad Səmədzadənin “Azərbaycan Dövlət Dəmir Yollları” QSC-nin konfrans zalında Dairə seçiciləri ilə görüşündə çıxış edərkən hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsünün tarixi bir addım olduğunu vurğulayıb.

Qeyd edib ki, MM-də onun nüfuzuna xələl və ziyan gətirən insanlar var idi:

 

Xalq şairi əslində 23 saylı Seçki Dairəsinin seçicisi, sakini olmadığını və buna təəssüf etdiyini də sözlərinə əlavə edib:

 

“Təəssüf ki, mən bu Dairənin sakini, seçicisi deyiləm. Bu Dairənin seçicisi olsaydım, fikirləşmədən, tərəddüd etmədən Ziyad Səmədzadəyə səs verərdim. Düzdür, mənim bir səsim var, üstəgəl 4-5 nəfərlik ailəm üzvüm. Amma çox istərdim ki, səsimi məhz Ziyad müəllimə verim. Mən Ziyad müəllimi uzun illərdir ki, tanıyıram. Ailəsini də tanıyıram. Çox gözəl ailəsi var, çox gözəl ailə sahibidir. Bir qonuşuyuq. Həm də bir zamanlar Mərkəzi Komitədə bir yerdə işləmişik. O vaxt mənim ictimai təşkilatım var idi. Onun çox geniş və əhəmiyyətli bir toplantısı keçirilirdi. Ziyad müəlllim həmin vaxt bizə çox kömək etdi, təbdirin keçirilməsinə, gözəl şəkildə baş tutmasına dəstək verdi. Ziyad müəllim çox gözəl insan, çox ləyaqətli dost, gözəl alim, təcrübəli dövlət xadimidir. Mən seçicilləri ona səs verməyə çağırıram. Parlamet Ziyad müəllim kimi insanların yeridir”-deyə, Xalq şairi sonda bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı