Modern.az

Biləsuvarda bir ailənin 4 üzvü qidadan zəhərləndi

Biləsuvarda bir ailənin 4 üzvü qidadan zəhərləndi

Aktual

3 Fevral 2020, 10:33

Biləsuvar rayonunda kütləvi zəhərlənmə olub.

 

Modern.az-aın məlumatına görə, hadisə rayonun Günəşli kəndində baş verib.

 

Kənd sakini, 1958-ci il təvəllüdlü Əhmədov Adil Ələsgər oğlu, həyat yoldaşı Xasıyeva Cahanşah Məhəmməd qızı və övladları, 1991-ci il təvəllüdlü Əhmədov Amil Adil oğlu və 1997-ci il təvəllüdlü Əhmədova Sevanə Adil qızı qidadan zəhərləniblər. Ailə üzvlərinə Biləsuvar rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdikdən sonra vəziyyətləri ağır olduğu üçün onlar Bakıya - 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib.

 

Məlumata görə, ailə üzvləri evlərində özlərinin hazırladıqları pomidor turşusundan zəhərləniblər. Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...