Modern.az

Deputatlığa namizəd Tural Turanın seçki kampaniyası uğurla davam edir – FOTOLAR 

Deputatlığa namizəd Tural Turanın seçki kampaniyası uğurla davam edir – FOTOLAR 

Aktual

3 Fevral 2020, 11:50

Yanvarın 17-dən başlayaraq 102 saylı Samux-Şəmkir Seçki Dairəsindən parlament seçkilərinə namizəd, Prezident təqaüdçüsü Turan Tural Mətləb oğlunun seçki kampaniyası uğurla davam edir. 

 

Modern.az xəbər verir ki, bu vaxta qədər 51 məntəqədən 43-də seçicilərlə görüşən Tural Turan yerlərdə vətəndaşların yekdil rəyini qazanıb. Sakinlər bildiriblər ki, onların 102 saylı dairədə vahid namizədləri Turan Tural Mətləb oğludur. Namizədin hər məntəqədəki görüşünün izdihamlı şəraitdə keçdiyi vurğulanır. 300-500 seçicisi olan kiçik kəndlərdə belə seçicilərin yarısı dairədə böyük nüfuza malik namizədlə görüşlərdə aktiv şəkildə qoşulurlar. 

 

“Səsinizi eşidib gəldik” şüarı ilə yola çıxan deputatlığa namizədin seçki platforması sadə vətəndaşlar tərəfindən uğurla dəstəklənməkdədir. Tural Turanın seçki platformasının sakinlərin şikayətləri, fikirləri və təklifləri əsasında hazırlandığı bildirilir. 

 

Qeyd edək ki, ölkəmizdə parlament seçkiləri fevralın 9-da keçiriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı