AZE Medical Center həkimləri 52 saylı seçki dairəsınə daxil olan Qubanın Vəlvələ, Paşaoba, Bərqov, Gədikqışlaq, İsnov, Zərqava, Kələnov və digər kəndlərininin sakinləri üçün pulsuz müayinə aksiyası keçiriblər.
Modern.az xəbər verir ki, aksiyada 31 həkimin iştirakı ilə 514 nəfər müayinədən keçirilib. Deputatlığa namizəd Vahid Əhmədov aksiya keçirilən Vəlvələ kəndində həkimlərlə görüşərək sakinlərlə söhbət edib. Sakinlər bu tədbirin təşkilatçılarına və rayon İcra hakimiyyətinə minnətdarlıq ediblər.
Günün ikinci yarısında rayonun İspik kəndində Vahid Əhmədov seçicilərlə görüş keçirib. Görüş çox canlı, hər iki tərəf üçün faydalı və məzmunlu çıxışlarla yadda qalıb. Deputatlığa namizəd kəndin yol, su problemləri ilə məşğul olacağına söz verib.