69 saylı Cəlilabad-Biləsuvar-Masallı Seçki Dairəsindən deputatlığa namizəd Kazımov Səid Mirkazım oğlu Biləsuvar və Cəlilabadın kəndələrində seçkiöncəsi kampaniyasını uğurla davam etdirməkdədir.
Modern.az xəbər verir ki, deputatlığa namizəd Səid Kazımov istirahət günləri ərzində Cəlilabad və Bilasuvar rayonunda seçicilərlər görüşlərini davam etdirib.
Seçicilər onun çox böyük səmimiyyətlə qarşılayır, dinləyir, eyni zamanda onların problemlərini, üzləşdikləri çətinliklərini öyrənərək həlli yollarını müzakirə edirlər.
S.Kazımov növbəti görüşlərini Cəlilabadın Privolni kəndində keçirib. Burada seçicilərlə görüşdən sonra milli azlıq olan malakanlarla görüşüb, həm də Qarabağ Müharibəsi Veteranının ailəsində qonaq olub. O daha sonra Ağdaş, Bəciravan, Çünzəli, Badam ağacı kəndlərinin seçiciləri ilə görüşüb.
Seçicilər tərəfindən çox mehribanlıq və səmimiyyətlə qarşılanan Səid Kazımov seçicilərin problemlərini, üzləşdikləri çətinliklərini dinləyib, onların həyat şəraiti ilə yaxından tanış olub.
Görüşlərdə S.Kazımov seçkidə iştirakının məramını və seçkiöncəsi proqramını açıqlayıb. Seçiciləri maraqlandıran sualları cavablandırıb. Seçicilər fevralın 9-da ona səs verəcəklərini əminliklə bildiriblər.
S.Kazımov həmçinin Biləsuvar rayonun Xırmandallı və Əliabad kəndələrində seçicilərlə görüşüb. Xırmandalı və Əliabad kəndlərinin seçiciləri ilə görüşən S.Kazımov onları dinləyib problemləri ilə tanış olub. Seçicilər fevralın 9-da ona səs verəcəklərini bildiriblər.
O da bildirib ki, göstərdiyiniz etimadı doğrultmaq üçün əlimizdən gələni edəcəyik.
Seçicilərlə görüşlərdə ona göstərdikləri böyük hörmət və ehtirama, vaxt ayırıb onunla görüşə gəldiyinə görə deputatlığa namizəd Səid Kazımov hər bir seçiciyə öz dərin minnətdarlığını və təşəkkürünü bildirib.