Modern.az

Eldar Quliyev naradaranlı seçicilərlə görüşdə - FOTOLAR

Eldar Quliyev naradaranlı seçicilərlə görüşdə - FOTOLAR

Aktual

3 Fevral 2020, 14:12

Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd Eldar Quliyev seçiciləri ilə görüşlərini davam etdirir.

 

Modern.az xəbər verir ki, Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 28 saylı Sabunçu III seçki dairəsindən deputatlığa namizəd Eldar Quliyev seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçiciləri ilə növbəti görüşünü Nardaran qəsəbəsində keçirib.

 

Naradaran qəsəbəsində keçirilən görüşdə iştirak edən ictimaiyyət nümayəndələri, ziyalılar və seçicilər parlament seçkilərində namizəd Eldar Quliyevə uğurlar arzulayıblar. Görüşdə qəsəbə sakinləri 9 fevral növbədənkənar parlament seçkilərində fəal iştirak edəcəklərini və seçkilərdə birmənalı olaraq Eldar Quliyevi dəstəkləyəcəklərini bildiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!