Modern.az

Prezident Şri-Lankalı həmkarını təbrik etdi

Prezident Şri-Lankalı həmkarını təbrik etdi

Aktual

3 Fevral 2020, 17:18

Azərbaycan Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Qotabaya Racapaksaya ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

 

Modern.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Şri-Lanka arasındakı ikitərəfli dostluq əlaqələrinin, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımızın bundan sonra da uğurla davam edəcəyinə inandığını bildirib.

 

Prezident İlham Əliyev Qotabaya Racapaksaya möhkəm cansağlığı, işlərində uğurlar, dost Şri-Lanka xalqına sülh və rifah diləyib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı