Modern.az

Musa Qasımlı Masallı seçiciləri ilə görüşüb - Fotolar

Musa Qasımlı Masallı seçiciləri ilə görüşüb - Fotolar

Aktual

3 Fevral 2020, 17:30

72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizəd Musa Qasımlı seçicilərlə bir araya gəlib.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd  bu gün Masallı rayonunun Qəriblər və Qodman kəndlərində seçicilərlə görüşüb.

 

Görüşdə seçicilərin müxtəlif təbəqələri-kənd ağsaqqalları, gənclər, ziyalılar iştirak ediblər. Səmimi bir söhbət edilib. Seçicilər deputatlığa namizədə çoxlu suallar veriblər.

 

Çıxış edənlər ötən illərdə Musa Qasımlının deputatlıq fəaliyyətindən razı qaldıqlarını söyləyiblər.

 

 9 fevralda səslərini Musa Qasımlıya  verəcəklərini qeyd ediblər.

 

Sonda Musa Qasımlı hər bir seçicisinə  minnətdarlığını bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı