96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputatlığa namizəd Emin Rüstəmovun seçicilərlə görüşləri davam edir.
Modern.az xəbər verir ki, deputatlığa namizəd Goranboyun daha 4 kəndində görüş keçirib.
"Təbliğat-təşviqat prosesinə əsasən Goranboyun, Qaramusalı, Xınalı, Qırıqlı və Gülməmmədli kəndlərində olduq. Kəndlərin hal-hazırki durumu, mövcud problemler və digər önəmli məsələlərlə bağlı maraqlı fikir mübadiləsi apardıq. İnsanların sadəliyi, eyni zamanda bir o qədər də doğmalığı insana sanki dünyaları bəxş edir. Göstərdikləri qonaqpərvərlik üçün minnətdaram, inanıram ki, 9 fevralda layiq bildikləri namizədə səs verəcəklər!", - deyə E.Rüstəmov bildirib.