Modern.az

Lukaşenkonun təyyarəsi köhnəlib, təzəsini almağa da pul yoxdur

Lukaşenkonun təyyarəsi köhnəlib, təzəsini almağa da pul yoxdur

Aktual

3 Fevral 2020, 18:55

Rəsmi Minsk Belarus prezidenti Aleksandr Lukaşenkonun şəxsi iş reaktivi ilə bağlı məlumatlara cavab verib. Dövlət başçısının sözçüsü Nataliya Eismont yayılan məlumatları təkzib edərək, Belarus liderinin heç bir zaman şəxsi təyyarəsinin olmadığını söyləyib.

 

 

Virtualaz.org bildirir ki, Belarus “Azadlıq radiosu” məlumat yayıb.

Bununla yanaşı, o, əlavə edib ki, respublika başçısının xarici səfərlər zamanı istifadə etdiyi dövlət təyyarəsi istismar müddətinə çatıb. "Və bu gün sual yaranıb ki, yeni dövlət təyyarəsinin alınması üçün pul haradan tapılır. Bu məqsədlər üçün pul yoxdur, baxmayaraq ki, aviaşirkətlərdən təkliflər var", - Lukaşenkonun nümayəndəsi deyib.

Onun sözlərinə görə, dövlət başçısının uçduğu təyyarə əvvəllər Türkmənistan prezidentinə məxsus olub. Eismont qeyd edib ki, təyyarəni yarı qiymətə ala biliblər. Lukaşenkoya məxsus olduğu deyilən Gulfstream G550 biznes təyyarəsi, çox güman ki, elan edilən qiymətə deyil.

 

Yanvarın 30-da belaruslu jurnalist Stepan Putilo Lukaşenkonun EW-001PJ nömrəli Gulfstream G550 biznes təyyarəsinə sahib olduğunu açıqlayıb. Onun dəyəri 61,5 milyon dollardır. Təyyarənin sentyabrın sonunda Minskə gətirildiyi və yeganə uçuşu - Varşavaya olduğu iddia edilib.

 

Lukaşenko Boeing 737 (təyyarə nömrəsi EW-001PA) və 767 (EW-001PB) ilə rəsmi uçuşlar edir. 2018-ci ildə dövlət başçısının köhnə Tu-154M təyyarəsini isə auksionda satmaq qərarına gəliblər.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı