Modern.az

Qızıl və kriptovalyutaya tələb artacaq - REKTOR YAZIR

Qızıl və kriptovalyutaya tələb artacaq - REKTOR YAZIR

Aktual

3 Fevral 2020, 20:03

“Kriptovalyuta 21-ci əsrin nəğd puluna çevriləcək”.

Modern.az xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət  Muradov Almaniyanın “Deutsche Bank”nın proqnozlarını  öz “Facebook” səhifəsində paylaşıb:

 

Dünya 2030-cu ildə: Deutsche Bankın proqnozu

- Qızıl təminatı olmayan valyutalar zəifləyəcək. 2030-cu ilə "alternativ valyuta"lara - qızıl və kriptovalyutaya - tələb artacaq. Kriptovalyuta 21-ci əsrin nəğd puluna çevriləcək;


- Uçan avtomobillər reallığa çevriləcək, kommersiya xarakterli pilotsuz uçan dronların bumu baş verəcək. ABŞ səmaya 6,5 milyon dron qaldıracaq və bu texnologiyanın dövlət tərəfindən dəstəklənməsinə zərurət yaranacaq;


- Süni intellektə əxlaq məsələləri üzrə köməkçilər tələb olunacaq. Süni intellektin tətbiqi fəlsəfə və lingvistika fakültələrinin məzunlarına tələbi artıracaq. Bunun əsas səbəbi süni intellektin etik qərarlar verməsində zəifliyidir;


- Nəsillərarası konflikt güclənəcək. Cəmiyyətin qocalması daha çox sosial ödənişlər vəd edənlərin dəstəklənməsilə nəticələnəcək;


- Yeni tipli həmkarlar ittifaqı güclənəcək. Rəqəmsal sahələrdə işləyən gənc işçilər həmkarlar ittifaqlarında birləşəcək və təşkilati məsələlərdə, səsvermədə, imzalar toplamaqda və şirkətlərin koordinasiyasında məhz rəqəmsal texnologiyalar istifadə ediləcək;


- Muzdlu işçilərin mövqelərinin tədricən qlobal güclənməsi baş verəcək. Çünki cəmiyyətin qocalmasına görə gənc peşəkar kadrların çatışmazlığı baş verəcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...