70 saylı Masallı şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının VI çağırış Milli Məclisə seçkilərdə deputatlığa namizədi Məşhur Məmmədov təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.
Modern.az xəbər verir ki, Məşhur Məmmədov seçicilərlə növbəti görüşünü İsgəndərli, Seybətin və Digah kəndlərinə edib. Səfər zamanı deputatlığa namizəd şəhid məzarını da ziyarət edib.
Əlverişli hava şəraitinin yaratdığı üstünlükdən də faydalanaraq kənd camaatı ilə açıq havada müzakirələr aparılıb.
Kənd camaatı bəzi məsələləri Məşhur Məmmədovun diqqətinə çatdırıb.
Seçicilər bildirib ki, onlar artıq seçimlərini ediblər:
“Biz Məşhur Məmmədova səs verəcəyik. Belə bir şəxsin deputat seçilməsini çox istəyirik”.
Məşhur Məmmədov hər bir seçicisinə minnətdarlığını bildirib. YAP namizədi olaraq hər zaman onların yanında olacağına söz verib.