Modern.az

Qış vaxtı yaz havası - Sabah 23 dərəcə isti olacaq

Qış vaxtı yaz havası - Sabah 23 dərəcə isti olacaq

Aktual

5 Fevral 2020, 13:28

Fevralın 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, cənub-qərb  küləyinin  arabir güclənəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz  15-19, Bakıda  gecə 5-7, gündüz  17-19 dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi  758 mm civə sütunundan 753 mm civə sütununa  enəcək, nisbi rütubət  gecə 65-75, gündüz 40-50 faiz olacaq.   

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək.  

 

Havanın temperaturu  gecə  3-8, gündüz  15-20 dərəcə, bəzi yerlərdə 23 dərəcəyədək isti,  dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  8-13 dərəcə isti  olacaq.  

 

Tibbi-meteoroloji proqnoz:

 

Fevralın 6-da Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda güclü gilavar küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?