Modern.az

Çingiz Qənizadə seçicilərinə müraciət edib - VİDEO

Çingiz Qənizadə seçicilərinə müraciət edib - VİDEO

Aktual

6 Fevral 2020, 12:32

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd, Hüquq üzrə fəlsəfə doktoru və Hüquq müdafiəçisi Çingiz Qənizadə dairəni əhatə edən 40 kənddə səyyar və fərdi şəkildə keçirdiyi görüşlərini başa çatdırıb. 

 

Modern.az xəbər verir ki, Çingiz Qənizadə rəsmi “facebook” səhifəsində //www.facebook.com/%C3%87ingiz-Q%C9%99nizad%C9%99-101604678057054/ videorolikdə seçicilərinə müraciət edib.

 

“Hər bir seçicimin yanındayam və onlara lazım olan dəstəyi göstərməyə hazıram. Biz dəyərli seçicilərimizin yanında olmaqla, onlarla görüşməklə, onların sevgi və məhəbbətini qazanmaqla fevralın 9-da qalib gələ bilərik” deyən Çingiz Qənizadə seçicilərinə inandığını bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı