Modern.az

Elmar Musayev : "Gədəbəydə yaşayan hər bir ailənin problemi mənim problemimdir" - MÜSAHİBƏ

Elmar Musayev :

Aktual

6 Fevral 2020, 14:50

103 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizəd Elmar Musayev müsahibə verib.

 

Modern.az xəbər verir ki, o,  müsahibədə  seçki prosesinə aid fikirlərini bölüşüb.

 

- Seçicilərlə görüşdə münasibət necə olur?

 

- İnsanlarla səmimi davrananda onlar da səni səmimi qarşılayır. Bu gün istər sadə vətəndaş, istər ziyalı, istər dövlət məmuru şablonu, söz xatirinə deyilən sözləri sevmir. İnsanlara səmimiyyətlə yaxınlaşanda effekti görürsən. Bizim əsas məqsədimiz dövlətin sosial-iqtidsadi siyasətinə dəstək və bu siyasətin cəmiyyətə düzgün çatdırılması, cəmiyyətin bundan faydalanmasıdır. Utopik vədlər vermirik. Regionlarda insanların  sosial rifahının, iqtisadi vəziyyətinin yaxşılaşdırılması, təhsilin, səhiyyənin səviyyəsinin yüksəldilməsi, insanların yaşam tərzinin yaxşılaşdırılması kimi məsələləri platformamıza daxil etmişik. Məqsədimiz millət vəkili kimi mandat alıb dövlətə, dövlətçiliyə fayda vermək, insanların yararlanmasına xidmət etmək, xalqın dövlət hakimiyyətindən razılığı qalmasına təmin etməkdir. Hakimiyyətlə sadə vətəndaşlar arasında bir körpü yaratmaq istəyirik.

 

- Çox vaxt namizədlər vədlər verir, ancaq millət vəkili seçiləndən sonra seçildiyi yerlərə getmir, unudur. Seçildikdən sonra xalqın içində olacaqsınızmı?

 

- Hər bir insan keçdiyi yola uyğun cəmiyyətə münasibət bəsləyir. Mən sadə, zəhmətkeş bir ailədə böyümüşəm, Uşaq yaşlarımdan fiziki əməklə də məşğul olmuşam. Kənd həyatının çətinliklərini görmüşəm, yaşamışam. Çətin şərtlərdə təhsil almışam. Elə vaxt olurdu ki, bir sinifdə cəmi bir kitab olurdu. Yağış yağanda sinif otağına su dolurdu. Kəndimizdən 4 km uzaq yerə hazırlığa getmişəm. İstəyərəm ki, şagirdlər yaxşı şəraitdə təhsil alsınlar, imkanları geniş olsun.  Biz türkük. Türklər torpağını, millətini sevən olur. Ata yurdu boş olmaz, abad olar. Gədəbəydə yaşayan hər bir ailənin problemi mənim problemimdir. İxtisaca tarixçiyəm. Yaşadığım kəndin hər bir cığırı mənim üçün önəmlidir. Kənddə olan tarixi abidələrə ulu babalarımızın bizə qoyduğu möhür daşı kimi baxıram. 

 

Əgər bir məmur, millət vəkili öz yaşadığı, əhatəsində olan əraziyə biganə yanaşırsa, gənclikdə öz dövlətinə güvənsizlik yaranır. Biz gəncliyə nümunə ola biləcəyiksə, gənc dövlətini, dövlətçiliyini sevəcək, onda vətənpərvərlik eşqi olacaq. Biz mandata vicdan öhdəliyi kimi baxırıq. Məqsədimiz xalqa, millətə, dövlətçiliyə şərəflə xidmət etməkdir.

 

Mənim namizədliyimi irəli sürməyimin əsas təşəbbüskarı Rəşid Mahmudov olub. Biz ona həmişə doğru sözün etalonu kimi baxmışıq. O, bildirib ki, özündən sonar məni davamçı kimi görür. Bu etimadı, inamı doğrultmağa çalışacam. Azərbaycançılıq məfkurəsini Azərbaycan dövlətinin əsas məfkurəsinə çevirmək lazımdır. Dünya azərbaycanlılarını bir araya gətirən azərbaycançılıq məfkurəsidir. Harada olmasından asılı olnmayaraq, müstəqil Azərbaycan dövlətinin təəsübkeşliyi ruhunda çıxış etmək lazımdır. Hər hansı sahədə insan öz mənafeyini düşünürsə, bu  onun mənəvi ölümüdür, uçurumudur. Önəmli olan insanları, cəmiyyəti sevmək, onlara faydalı olmaqdır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı