Modern.az

"Azərbaycanın parlaq gələcəyi yalnız İlham Əliyevlədir" - Mixail Saakaşvili

Aktual

6 Fevral 2020, 17:25

"Düşünürəm ki, Azərbaycanın parlaq gələcəyi var, çünki onun, ölkənin irəli getməli olduğunu başa düşən müdrik və güclü lideri var".

 

Modern.az xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili virtualaz.org-un müxbiri ilə eksklüziv söhbətində deyib.

 

Saakaşvili əmindir ki, güclü Azərbaycan həm də güclü Gürcüstandır. Amma o təəssüf edir ki, Gürcüstanda bəzi insanlar bunu anlamırlar.

 

“Bəziləri Azərbaycanın gücünü etiraf etmək istəmirlər. Lakin tezliklə Gürcüstanda hər şey dəyişəcək və münasibətlərimiz daha da intensiv və məhsuldar şəkildə inkişaf edəcək”,-deyə siyasətçi vurğulayıb.

 

 

Azərbaycanda keçiriləcək parlament seçkilərinə gəlincə, M.Saakaşvili son vaxtlar dost ölkədə daxili siyasi prosesləri izləmədiyini təəssüflə etiraf edib, lakin onların demokratik və azad mühitdə keçiriləcəyinə əminliyini bildirib: “Heç nə bir yerdə dayanmır və şübhə etmirəm ki, Azərbaycanda seçkilər Prezident İlham Əliyevin başladığı islahatları davam etdirəcək. Bir daha təkrar edirəm: Azərbaycanın uğuru Gürcüstanın uğurudur. Ümid edirəm ki, seçkilərə yüksək qiymət veriləcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı