120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi seçiciləri tərəfindən dəstəklənən və layiqli namizəd kimi görülən Şaiq Piriyev seçicilərlə hər görüşdə öz komandası ilə hazırladığı “BİRLİKDƏ ÇALIŞACAĞIMIZ 11 İSTİQAMƏT” fəaliyyət platforması haqqında məlumat verərək platformanın icrasının əhəmiyyətlərindən bəhs edib. Görüşlərdən birində "BİRLİKDƏ ÇALIŞACAĞIMIZ 11 İSTİQAMƏT" fəaliyyət platformasının həmmüəlliflərindən biri, professor, Azərbaycan Respublikasının kecmiş maliyyə naziri Saleh Məmmədov, fəaliyyət planının 50-dən çox rayonda məskunlaşmış soydaşlarımızın virtual aləmdə necə birləşdirəcəyini, onların həyatı üçün nə qədər əhəmiyyətli olduğunu platformanın qısa xülasəsini izah etməklə göstərib. Planlaşdırılan innovativ tətbiqlərin fəaliyyət planının həyata keçirilməsində əhəmiyyətini vurğulayan Saleh Məmmədov bu metodların dünya trendi olduğunu qeyd edib.
“BİRLİKDƏ ÇALIŞACAĞIMIZ 11 İSTİQAMƏT” fəaliyyət platformasının istiqamətləri aşağıdakılardır.
- Hüquqi yardım;
2. Məşğulluq;
3. İctimai nəzarətin, mətbuat və xalq qarşısında hesabatlılığın təmin olunması sahəsində baxış və fəaliyyətimiz;
4. Sosial-iqtisadi məsələlər, sosial təminat və pensiya təminatına baxış və fəaliyyətimiz;
5. Məcburi köçkünlərin mənzil təminatı və infrastruktur layihələrlər sahəsində fəaliyyətimiz;
6. Elm və təhsil sahəsinə baxış və fəaliyyətimiz;
7. Səhiyyə sahəsinə baxış və fəaliyyətimiz;
8. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə baxış və fəaliyyətimiz;
9. Milli mənəvi dəyərlər, elm-texnologiya və gənclər siyasəti;
10. Seçicilərlə uğurlu kommunikasiyaya təminat;
11. Proqramın təşkilati-struktur aspektləri və maliyyələşdirilməsi mexanizmləri.
Şaiq Piriyev izdihamlı görüşlərdən sonra insanlar ilə səmimi ünsiyyətdə olub, onların problemlərini dinləyib və müxtəlif istiqamətlərdə olan suallarını cavablandırıb. Seçicilərə bütün namizədlərin platformaları ilə yaxından tanış olmaqlarını tövsiyyə edib və seçkidə iştirak edərək ən layiqli namizədə səs verməyə çağırıb.
Qeyd edək ki , “Sizdən biri” sloqanına cavab olaraq seçicilər #bizdənbiri və #bizdenbiri həştəqilə Dəstək kampaniyası başladılıb. Sosial mediada başladılan kampaniya seçicilər tərəfindən rəğbətlə qarşılanıb və tez bir zamanda böyük kütlələrə çatıb. Kampaniya Şaiq Piriyevin Biləsuvar rayonunda məcburi köçkünlərlə izdihamlı görüşündən sonra başladılıb. Görüş sosial şəbəkələrdə minlərlə izləyici tərəfindən izlənib.