Modern.az

Rauf Vəliyev təşviqat görüşlərini böyük izdihamla başa vurdu – VİDEO, FOTOLAR

Rauf Vəliyev təşviqat görüşlərini böyük izdihamla başa vurdu – VİDEO, FOTOLAR

Aktual

6 Fevral 2020, 21:33

104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizəd Rauf Vəliyev təbliğat-təşviqat görüşlərini başa vurub.

 

Modern.az  xəbər verir ki, fevralın 6-da R.Vəliyev əvvəlcə Gədəbəyin Çiçəkli (keçmiş Arabaçı) kəndində seçicilərlə görüşüb. Kənd sakinləri ona böyük dəstəklərini nümayiş etdiriblər. Çıxış edənlərin hamısı Rauf müəllimi yaxından tanıdıqlarını və yekdilliklə ona səs verəcəklərini bildiriblər.


Daha sonra Rauf Vəliyev doğulduğu Şahdağ kəndinə gedib. Burada onu sakinlər böyük coşğu və izdihamla qarşılayıblar. Hər kəs Rauf Vəliyev haqda öz ürək sözlərini ifadə etməyə çalışıb, fikir bildirmək istəyib. Çıxış edənlər də Rauf müəllimin necə nəslin nümayəndəsi olmasından, xeyriyyə əməllərindən, yüksək insani keyfiyyətlərindən, daima camaatın içində olmasından ağızdolusu danışıblar. Hamı bu seçkilərdə Rauf Vəliyevin qələbə qazanacağından əminliyini bildirib, ona uğurlar arzulayıb.


Rauf Vəliyev görüşə toplaşanlara sonsuz təşəkkürünü bildirib:
“Çox sağ olun ki, buradasınız. Sizin bu cür dəstəyiniz, haqqımda dedikləriniz məni həm çox qürurlandırdı, həm də çox duyğulandırdı. Mən deputat olub-olmamağımdan asılı olmayaraq, hər zaman sizin içərinizdə olacam, xalqın qayğılarına dəstək olmaq üçün əlimdən gələn hər şeyi edəcəm. Təbii ki, deputat seçilərəmsə, insanlarımıza, obamıza kömək etmək üçün daha geniş imkanlarım olacaq. Hər birinizi seçkilərdə fəal iştirak etməyə dəvət edirəm”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı