Modern.az

Fərid Şahbazlı Lerikin 11 kəndində seçicilərlə görüşüb - FOTO

Fərid Şahbazlı Lerikin 11 kəndində seçicilərlə görüşüb - FOTO

Aktual

6 Fevral 2020, 23:02

78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizəd Fərid Şahbazlı Lerikin 11 kəndində - Pirasora, Bibiyani, Vizəzəmin, Hıramo, Bilnə, Mistan, Qosmalian, Şingədülan, Laman, Əliabaf, Nücü kəndlərində seçicilərlə görüşüb.

 

Modern.az  xəbər verir ki, keçirilən görüşlərdə adıçəkilən kəndlərin və ümumilikdə, Lerik rayonunun sakinlərini narahat edən məsələlər müzakirə olunub.

Seçicilər əsasən yol, qaz, su, işıq, təhsil, səhiyyə bağlı problebləri gündəmə gətiriblər.

Fərid Şahbazlı qeyd edib ki, ölkəmizdə geniş  miqyaslı islahatlar siyasəti aparılır, cənab prezidentin çağırışına əsasən gənclər seçkilərdə aktiv iştirak edirlər.

Fərid Şahbazlı bildirib ki, ölkəmizdə aparılan islahatlar siyasəti Lerikdə də özünü göstərməlidir və Lerikdə təcili həllini gözləyən ciddi problemlər mövcuddur.

Seçicilər gənc namizəd Fərid Şahbazlıya dəstəklərini ifadə ediblər və seçkilərdə layiqli namizəd  olaraq ona səs verəcəklərini bildiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı