Modern.az

Bakının 2 əsas magistarlında sürət həddi endirildi

Bakının 2 əsas magistarlında sürət həddi endirildi

Aktual

9 Fevral 2020, 09:23

Paytaxtda müşahidə olunan faktiki hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi endirilib.

 

Bakı Nəqliyyat Agentliyindən Modern.az-a verilən məlumata görə, paytaxtın digər küçə və prospektlərində isə nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə olunur.

Agentlik bir daha hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edir: "Sürücülərdən xahiş edirik ki, meterioloji amilləri nəzərə alıb sürət həddinə əməl etsinlər".

 

Qeyd edək ki, adi günlərdən fərqli olaraq şəhər yollarına və müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət artırılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması